Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin hazırda məzuniyyətdədir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
“Surovikin indi istirahət edir. Onunla əlaqə qurmaq mümkün deyil”, – o bildirib.
Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.