Rusiyanın ordu generalı Sergey Surovikin Afrikada hansısa xüsusi bir missiyanı yerinə yetirir.
AzerTimes xəbər verir ki, bu barədə “Ura.ru” agentliyi fotoməlumat yayıb.
Qeyd olunur ki, indi çoxları Surovikini ad günü münasibətilə təbrik edə bilmir, çünki onun konkret yeri haqqında heç nə məlum deyil.
“Sergey Vladimiroviç Afrikada dövlətin maraqlarını təmsil edən növbəti xüsusi təyinatındadır. O yaxşıdır”, – generalın tanışlarından biri agentliyə bildirib.
Qeyd edək ki, Sergey Surovikin 2017-2023-cü illərdə Rusiya Aerokosmik Qüvvələrinin komandanı olub. 2022-ci ilin oktyabrın 8-də Surovikin Rusiya müdafiə naziri Sergey Şoyqunun əmri ilə Ukraynada rus qoşunlarının birləşmiş qrupunun komandanı təyin edilib. 2023-cü ilin yanvarında onu bu vəzifədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov əvəz edib.
General Ukrayna ordusunun ötən ilin yayında əks-hücum əməliyyatlarının qarşısının alıbnmasında mühüm rol oynayan məşhur “Surovikin xətti”nin müəllifidir.