Bu gün regional səfəri çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İraqda bir sıra görüşlər keçirib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Abdullahian Bağdadda İraqın Baş naziri Məhəmməd əs-Sudani ilə görüşüb. Görüşdə İsrail-HƏMAS müharibəsi müzakirə edilib.
Gecə saatlarında isə Abdullahian Livana yollanıb.
Qeyd edək ki, bundan öncə Abdullahianın səfərə Suriyadan başlayacağı bildirilsə də, daha sonra İsrailin Suriya hava limanlarını vurduğu üçün onun olduğu təyyarənin Dəməşqə eniş edə bilmədiyi haqda məlumat yayıldı. Belə aydın olur ki, Abdullahian Suriya səfərini təxirə salmağa məcbur olub.