Suriyanın Dəməşq şəhərindəki yaşayış binasında yanğın baş verib

Suriya yanğınsöndürmə briqadaları Dəməşq şəhərinin mərkəzindəki Pakistan küçəsində yerləşən yaşayış binasında alovla mübarizə aparır.

AzerTimes-ın məlumatına görə, bu barədə “SANA” agentliyi bildirib.

Bildirilib ki, xilasedicilər dördmərtəbəli binanın bütün sakinlərinə mənzillərdən çıxmağa kömək ediblər, onların arasında üç yaralı var.


İlkin versiyaya görə, evin damındakı mazut çənləri alovlandı və alov sürətlə aşağı mərtəbələrə yayılıb: “Hazırda alov lokallşadırılıb, yanğın yaxın zamanda söndürüləcək”.