Suriya müdafiə naziri Əli Mahmud Abbas və onun türkiyəli həmkarı Hulusi Akar arasında Moskvada baş tutan görüş müsbət sferada keçib.
AzerTimes xəbər verir ki, bu barədə Suriya MN məlumat yayıb.
“Moskvada Rusiya tərəfinin iştirakı ilə Suriya müdafiə naziri və Suriya ümumi kəşfiyyatının rəhbəri ilə Türkiyə müdafiə naziri və kəşfiyyatının rəhbəri arasında görüş baş tutub. Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Görüş müsbət keçib”, – deyə bildirilib.