Suriyada yaraqlılar razılaşdı, silahlarını təhvil verirlər

Suriyada yaraqlılar razılaşdı, silahlarını təhvil verirlər

Suriyanın təhlükəsizlik qüvvələri keçid hökumətinə tabe olmayan qruplaşmaların qalası kimi fəaliyyət göstərən cənubdakı Dəra əyalətində dörd bölgəyə nəzarəti ələ keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Suriya TV məlumat yayıb.

Məlumata görə, yerli qəbilələrin şeyxləri ilə əldə olunan razılaşma nəticəsində yaraqlılar silahlarını Mseifara, Sayda, Əl-Ciza və Əs-Sahva yaşayış məntəqələrində hakimiyyət orqanlarına təhvil verməyə razılaşıblar.

Teqlər: