Suriyada Türkiyə hərbçisi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında davam etdirdiyi “Zeytun budağı” antiterror əməliyyatı bölgəsində raket hücumu
nəticəsində bir türk hərbçi həlak olub.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunur ki, hücum nəticəsində ağır yaralanan hərbçi
xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün
olmayıb.

Hücumdan sonra Türkiyə ordusu bölgədə müəyyən edilmiş hədəflərə
zərbələr endirib. Zərbələr nəticəsində azı 24 terrorçunun
zərərsizləşdirildiyi bildirilir.

Nazirliyin məlumatına əsasən, antiterror əməliyyatı davam
etdirilir.