Suriyada terrorçular hərbi avtobusa hücum ediblər, ölən və yaralılar var

İŞİD qruplaşmasının terrorçu dəstəsi Suriyanın Palmira şəhərinə
gedən magistral yolda hərbçiləri daşıyan avtobusa hücum edib.

Trend xəbər verir ki, silahlı hücum nəticəsində 13 əsgər və
zabit həlak olub, daha 18 nəfər yaralanıb.

Hücum hökumət qüvvələrinin nəzarəti altında olan Mahatta es
Salis neft stansiyasının yaxınlığında həyata keçirilib. Bu ilin
əvvəlində terrorçular adıçəkilən ərazidə digər bir hərbi avtobusa
atəş açmışdılar.


Nədicədə 5 hərbçi öldürülmüş, 20 nəfər isə yaralanmışdır.