
Suriyanın Xüms əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında atışma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi və bir neçə amerikalı hərbçi yaralanıb. Hücum edən şəxs isə zərərsizləşdirilib.
Hücumun İŞİD terrorçuları tərəfindən həyata keçirildiyi iddia edilir.

