Suriyanın Əbu Kamal bölgəsində PUA hücumu nəticəsində İrana bağlı silahlı qruplaşmanın 4 üzvü öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Bildirilib ki, hərbi maşın İraqdan Suriyaya keçdikdən sonra hava hücumuna məruz qalıb.
Bəzi xəbər mənbələri İrana bağlı qüvvələrə ABŞ PUA-sının hücum etdiyini yazsalar da, bu, rəsmi şəkildə təsdiq edilməyib.