Martın 1-də Suriyanın Baniyas limanında SEPAH-a aid qərargahın yerləşdiyi əraziyə hava hücumu nəticəsində həlak olan komandirin kimliyi müəyyən edilib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində SEPAH Donanmasının 1-ci bölgəsinin polkovniki Rza Zarei İsrailin hücumu nəticəsində həyatını itirib.
Məlumatda Hizbullahın kimliyi açıqlanmayan iki üzvünün də həlak olduğu qeyd edilib.