Suriyanın Deyr əz-Zor bölgəsində İranın dəstəklədiyi qüvvələr əməliyyatları dayandırıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İran komandanlığı bir neçə gün ərzində Deyr əz-Zor və əl-Məyadin şəhərlərindəki mövqelərini dəyişən qüvvələrə əməliyyatları dayandırmaq və yerləşdikləri ərazilərdə qalmalarını əmr edib.