Xəbər - Orxan Nəbiyev – Trend:
Suriyanın şimalındakı İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı keçirən hərbçiləri hücuma məruz qalıb.
Trend-in məlumatına görə, hücum nəticəsində 2 hərbçi həlak olub. Daha 3 nəfərin yaralandığı bildirilib.
Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Suriyanın Əl-Bab şəhərində daha bir türk hərbçisi həlak olmuşdu.