Suriyada güclü zəlzələlər: Türkiyənin 8 vilayəti…

Suriyada güclü zəlzələlər: Türkiyənin 8 vilayəti…

Suriyanın Həma şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Sözügedən şəhərdə 3 dəqiqə sonra yenidən 4,2 bal gücündə daha bir zəlzələ olub.

Arda-arda baş verən zəlzələlər yerin 7 kilometr dərinliyində meydana gəlib.

Məlumata görə, zəlzələlər İordaniya, Livan, İsrail, Fələstin, Kipr adası və Türkiyənin Hatay, Qaziantep, Malatya, Adana, Şanlıurfa, Osmaniye, Kilis və Diyarbəkir vilayətlərində də hiss edilib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Teqlər: