Suriyada gərginlik: Pezeşkian baş nazirə zəng etdi

Suriyada gərginlik: Pezeşkian baş nazirə zəng etdi

İran Prezidenti Məsud Pezeşkian İraqın Baş naziri Məhəmməd Sudani ilə telefon danışığı aparıb.

AzerTimes “Mehr” agentliyinə istinadla xəbər verir ki, Pezeşkian ölkəsinin Suriyadakı terror hücumlarına qarşı mübarizədə əməkdaşlığa hazır olduğunu bildirib.

O, Suriya kimi ölkələrin ərazi bütövlüyünün qorunub saxlanmasının İranın regional strategiyası olduğunu vurğulayıb:

“Livanda atəşkəsdən sonra region nisbi sülhə doğru irəliləyir və diqqət Qəzzaya yönəlir. Suriyada baş verən son hadisələr regional təhlükəsizliklə bağlı narahatlıqları artırıb”.

Teqlər: