İraq Suriyada gərginliyin artması fonunda bu ölkə ilə sərhəddə təhlükəsizliyi gücləndirir.
AzerTimes xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi ölkə mediasına açıqlamasında bildirib.
“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, – komandan deyib.
Qeyd edək ki, Suriyada “Təhrir əş-Şam” silahlıları Hələb şəhərini ələ keçirib. Suriya rejimi ordusu şəhərdən geri çəkildiyini açıqlayıb.