Xəbər - Orxan Nəbiyev – Trend:
Suriyanın paytaxtı Dəməşqdə hərbçiləri aparan avtobusun partladılması nəticəsində 14 hərbçi həlak olub.
Trend-in məlumatına görə, hərbçiləri aparan avtobus minaya düşüb.
Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Qeyd olunur ki, avtobus keçərkən iki partlayış baş verib.
Hadisə yerinə cəlb olunan istehkamçılar üçüncü minanı zərərsizləşdirə biliblər.