Rusiya qırıcıları bu həftə Suriyada üçüncü dəfə ABŞ-a məxsus MQ-9 PUA-larının hərəkətinə maneçilik törədib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanı general-leytenant Aleks Qrinkeviç məlumat yayıb.
Qeyd edək ki, iyulun 5-də ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya qırıcılarının Suriyada ABŞ PUA-larına qarşı təhlükəli hərəkətlər etdiyini əks etdirən kadrlar yayıb.