Suriyada 300 min insan evlərini tərk etdi

Suriyada 300 min insan evlərini tərk etdi

Dağıdıcı zəlzələ səbəbindən Suriyada təxminən 300 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

AzerTimes xəbər verir ki, bu barədə Suriyanın Fövqəladə Hallar üzrə Ali Komitəsinin rəhbəri Hüseyn Maklyuf deyib.

“Zəlzələdən dolayı öz evlərindən qaçan insanların sayı 298 min 829 nəfərə çatıb”, – deyə o bildirib.

Qeyd edək ki, son məlumata görə, zəlzələ səbəbindən Suriyada ölənlərin sayı 2 mini ötüb.

Teqlər: