Suriya və Türkiyənin müdafiə nazirləri normallaşma prosesi çərçivəsində görüşə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər açıqlamasında deyib.
“Türkiyə və Suriya uyğun şərait yaradılarsa, aralarındakı münasibətləri normallaşdırmaq səyləri çərçivəsində nazirlər səviyyəsində görüş keçirə bilər”, – deyə Gülər bildirib.
Qeyd edək ki, iki ölkə müdafiə nazirləri arasında 2011-ci ildən bəri ilk danışıqlar 2022-ci ilin dekabrında Rusiyanın vasitəçiliyi ilə Moskvada baş tutub.