Xəbər - Fərid Zöhrabov -Trend:
İraq və Suriyadan ölkəmizə gətirilən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də lazımi sosial dəstək tədbirləri ilə əhatə olunurlar. Ümumilikdə 2018-ci ildən bu günə qədər müvafiq dövlət qurumları tərəfindən 358 Azərbaycan vətəndaşının vətənə gətirilməsi prosesi həyata keçirilib.
Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, onlardan 340 nəfəri uşaq, 18 nəfəri isə qadınlardır.
“Ötən il ümumilikdə 81 nəfər vətəndaşımız qeyd olunan ölkələrdən repatriasiya olunub ki, onlardan da 49 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib. Agentliyinin sosial işçiləri tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir”, – deyə o əlavə edib.