Suriya müxalifəti ilə həm Xarici İşlər Nazirliyi, həm də digər qurumlarda görüşlər keçirildi.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Yanvarın 3-ü günortadan sonra müxalifət nümayəndələri ilə mən də görüşəcəyəm. Əslində müxalifət Suriya rejimi ilə müzakirə aparır. Bu müzakirələr Astana və Cenevrədə də keçirildi, amma bir nəticə əldə edilmədi”, Çavuşoğlu bildirib.