Suriya ilə sərhəddə 3 türkiyəli hərbçi şəhid olub

Türkiyənin Şanlıurfa bölgəsində 3 hərbçisi həlak olub.

Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, hadisə Suriya ilə sərhəddəki Şanlıurfa sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub.

Teqlər: