Rusiya Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, vəziyyətlə bağlı Moskva Dəməşqlə təmasdadır:
“Əlbəttə, biz Bəşər Əsədi dəstəkləyirik və buna uyğun olaraq Dəməşqlə təmaslarımızı davam etdiririk, vəziyyəti təhlil edirik”.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması Hələb və İdlibi ələ keçirib, Azad Suriya Ordusu isə Tel-Rıfatı PKK terrorçularından təmizləyib.