İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyada ərazisində yerləşən hədəflərə 24 raket atıb. Suriyanın hava hücumundan müdafiə qüvvələri 21 raketini məhv edib.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib.
V.Kulit bildirib: “Sentyabrın 3-də saat 01:30 radələrində Livan hava məkanından İsrail Hərbi Hava Qüvvələrinin F-15 4 taktiki qırıcısı Suriya Ərəb Respublikası ərazisindəki hədəflərə 24 idarə olunan raket atıb”.
Onun sözlərinə görə, Suriya hava hücumundan müdafiə qüvvələri Rusiya istehsalı olan “Buk-M2E” və “Pantsir-S1” komplekslərindən 21 raket məhv edilib.