Suriya ordusunun və “Milli Müdafiə Qüvvələri”nin azı 16 əsgəri Xümsdə terrorçuların hücumları nəticəsində ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.
Bildirilib ki, hərbçilərin olduğu avtobus gecə saatlarında Ət-Teybə rayonunda İŞİD-in pusqusuna düşüb.
Əraziyə cəlb edilən xüsusi təyinatlı hökumət qüvvələri terrorçuları geri çəkilməyə məcbur ediblər.
Hücum zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.