İsrailin hava hücumları nəticəsində Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanlarının fəaliyyəti tamamilə dayanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Suriya Müdafiə Nazirliyinə istinadən yayılan məlumatda hava limanlarının uçuş və enmə zolaqlarının dağıdıldığı bildirilib.