Suriya aviasiyası Hələb-Dəməşq avtomobil yolunda silahlıların hərbi kolonuna hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” Suriya ordusundakı mənbəyə istinadla məlumat yayıb.
“Suriya təyyarələri M-5 magistralında hücuma keçməyi planlaşdıran terrorçuların zirehli texnika kolonuna bir neçə dəfə hücum edib və texnikaları məhv edib”, – məlumatda qeyd olunub.