Suriya 11 ildən sonra Tunislə əlaqələri bərpa edir

Suriya 11 ildən sonra Tunislə əlaqələri bərpa edir

Suriya 11 illik fasilədən sonra Tunislə diplomatik əlaqələri bərpa edir və tezliklə Tunisdə səfirliyini açacaq.

AzerTimes xəbər verir ki, bu barədə Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Miqdad Tunis Prezidenti Qays Səidlə görüşdən sonra deyib.

Miqdadın sözlərinə görə, Suriya-Tunis münasibətləri iki ölkə arasında əlaqələrin kəsildiyi 2012-ci ilə qədər yaxşı olub.

Teqlər: