Bərdə. Aslan Məmmədli – Trend:
44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistan ordusunun bombaladığı mülki obyektlər və yaşayış binalarının əksəriyyəti artıq tam təmir və ya bərpa olunaraq vətəndaşalara təhvil verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirdiyi təmir-bərpa işləri hazırda da sürətlə davam etdirilir.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu evləri və obyektləri tamamilə yenidən tikilən Bərdə sakinləri ilə görüşüb, müasir evlərlə tanış olub, vətəndaşların təəssüratlarını öyrənib.
Erməni terrou nəticəsində mülkləri dağılan vətəndaşlar bildiriblər ki, dövlət onlar üçün əvvəlkindən qat-qat yaxşı və şəraitli evlər tikərək təhvil verib. Zərərçəkmiş sakinlər Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
Videoreportajı təqdim edirik.