İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.
Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLİRT” qatarı artıq tam istismara hazırdır:
“Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir. İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 200 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”.
O, qatarın müasir olmasına da diqqət çəkib:
“Qatarda bar-vaqon, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlərin rahat və təhlükəsiz çatmasına imkan verir”.