Surət Hüseynov zəhərlənərək öldürülüb – Şok

Surət Hüseynov zəhərlənərək öldürülüb – Şok

Məhkəmə-tibb ekspertizasının qeyri-rəsmi açıqlamasına görə, dünən vəfat edən keçmiş baş nazir Surət Hüseynovun ölümünə zəhərlənmə səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı yazıb.

“Belə başa düşdüm, Moskvada olan olub. Sonra görüb çarə edən yoxdur, Türkiyəyə gəlməyi düşünüb.

Türkiyədəki ilk həkim raporunda ölüm səbəbi “adli durum” yazılıb. Bunun da açması odur ki, ölməyib, öldürüblər. Bu qeyd hansısa təhrik, cinayət səbəbi ilə ölmə, ya da intihar zamanı yazılır. Yəni ilk müayinə edən həkim kənar müdaxilədən şübhələnib və bunu sənədləşdirib. Böyük ehtimal dərinin rəngində, göz qişasında, dilin rəngində zəhərlənmə əlamətləri görüb.

Rusiya öz nökərlərini mütləq günün birində öldürür. Türkiyə isə Rusiyanın etdiklərini üzə çıxarır”, – Muradxanlı bildirib.

Teqlər: