22:12
Keçmiş baş nazir Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.
AzerTimes xəbər verir ki, sabiq baş nazir Surət Hüseynovun nəşi sabah Azərbaycana gətiriləcək.
Sabiq baş nazir 4 saylı qəbiristanlıqda ata və anasının məzarı yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynov İstanbul hava limanında komaya düşmüş, xəstəxanaya yerləşdirildikdən sonra orada vəfat etmişdi.