ABŞ və Rusiyanın kəşfiyyat xidmətləri başçılarının İrəvana səfərinə İranın nüvə proqramı kontekstində baxmaq lazımdır. Onlar İrəvanda Tehranın izinə düşdülər.
AzerTimes xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyans bölüşüb.
O hesab edir ki, ABŞ və Rusiya kəşfiyyatçılarının səfərləri Ermənistan üçün əlavə risklər yaradır və İrəvan iki ölkənin qarşıdurmasının episentrinə çevrilə bilər.
“Əsas regional məsələ İrandır. Hətta regionumuzda Qarabağ münaqişəsinə ayrıca hal kimi baxılmır. Bütün hadisələr yalnız ABŞ və Rusiya üçün deyil, Səudiyyə Ərəbistanı və Türkiyə üçün son dərəcə əhəmiyyətli ölkə olan İran ətrafında inkişaf edir. Bütün bu mozaikada İran regional inkişaf modelinin və yeni təhlükəsizlik mühitinin asılı olduğu təməl daşıdır”, – deyə politoloq qeyd edib.
Surenyans bildirib ki, ABŞ və Rusiya texniki kommunikasiyaları təmin etmək üçün Ermənistandan istifadə etməyi qərara alıblar.
“3+3” formatı İranı qane edir, çünki qeyri-regional oyunçuların prosseslərdə iştirakı İran üçün qırmızı xəttdir”, – deyə politoloq əlavə edib.