Aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon
sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il
təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla
çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.