Suraxanıda ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 85 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 70 m² olan digər birmərtəbəli evin (hər iki evin dam örtüyü ondulindən ibarət) yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyü 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: