Xəbər - Samir Əli – Trend:
Paytaxtın Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının
cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti
əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma
nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi
başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilir
ki,
cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon
Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.