Suraxanıda 4 otaqlı evdə yanğın

Suraxanıda 4 otaqlı evdə yanğın

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonda ümumi sahəsi 60 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: