Xəbər - Ceyhun Ələkbərov -Trend:
Martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub.
AzerTimes-ın məlumatına görə, dünyada ilk dəfə Bakıda yaradılan bu muzey qazilər və şəhid ailələri üçün pulsuz olacaq.
“Suraxanı” tankeri öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub.
Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Məsələn, oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin, ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.