Suraxanda seçicilər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır

Xəbər - Elçin Mehdiyev – Trend:

Suraxanı rayonunda sərnişindaşıma ilə bağlı seçicilər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətinə müvafiq addımla atılır.

AzerTimes-ın məlumatına görə, bu məsələlərlə bağlı Milli Məclisin deputatı Afət Həsənova, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Bakı Nəqliyyat Agentliyinin inzibati binasında Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli ilə görüşüb.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə sərnişindaşıma, nəqliyyatın hərəkətində əsasən rayon sakinlərinin qaldırdığı mövcud problemlər səsləndirilmiş, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılaraq bu sahədə sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdən sonra çevik şəkildə məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb. Belə ki, V.Kərimlinin tapşırığı ilə qurumun əməkdaşları qaldırılan məsələlərə bağlı yerlərdə olublar və A.Həsənovanın köməkçisi ilə birgə problemi yerində araşdırıblar. Hazırda problemlərin aradan qaldırılması ilə bağlı təkliflər üzərində iş aparılır və növbəti günlərdə də bu işlər davam etdiriləcək.

A.Həsənova BNA rəhhbərliyinin məsələlərə raksiyasını və ümumilikdə BNA-nın fəaliyyətini yüksək qiymətləndirib. Deputat vurğulayıb ki, BNA Bakı şəhərində ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atır. O qeyd edib ki, BNA öz fəaliyyətində beynəlxalq standartları əsas götürür, müasir informasiya texnologiyalarının imkanlarından uğurla istifadə edir, ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir.
A.Həsənova qeyd edib ki, görülən işərin nəticəsində Bakıda sənişindaşıma sahəsində xeyli irəliləyişlərə nail olunub.

Belə ki, son beş ildə Bakıda 968 avtobus yenilənib ki, bu da öz növbəsində sərnişinlərə daha rahat və təhlükəsiz xidmətlər göstəməyə imkan verib. Həmçinin İstismarda olan avtobusların dövriyyəsinin şəffaflaşdırılması məqsədilə nəğdsiz ödəniş sistemi tətbiq edilib. Bakı şəhərinin inzibati ərazisində sərnişindaşıma xidmətinin hamı üçün əlçatan olması, ətraf qəsəbələrlə şəhər mərkəzi arasında birbaşa nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə yeni marşurut xəttləri təşkil edilib.

Tədqiqatçıların rəyinə görə, BNA-nın fəaliyyəti müddətində avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi (həm çirkləndirici maddələrin həcmində, həm də adambaşına dünən miqdarda) üzrə müsbətə doğru dinamika müşahidə edilməkdədir. 2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 3.3% (32.5 ton), adambaşına düşən məbləği isə 5.8% yaxud 5.9 kq azalıb.

Teqlər: