Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi – Hikmət Hacıyev

Xəbər - Orxan Nəbiyev – Trend:

Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Suqovuşan və Talış kəndlərinə səfərlə bağlı “Twitter” səhifəsindəki paylaşımında deyib.

H.Hacıyev qeyd edib: “Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusun nümayəndələri ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 2020-ci il noyabrın 10-dan etibarən 7-ci dəfə səfər edirik. Bu dəfə səfər Suqovuşan və Talış kəndlərinə olacaq. Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi”.

Teqlər: