Tərtər. Trend:
44 günlük Vətən müharibəsindən sonra Tərtər rayonunun Suqovuşan
qəsəbəsində bir fərdi yaşayış evi təmir olunaraq təhvil
verilib.
Trend xəbər verir ki, bunu işğaldan azad olunmuş Qarabağ
iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev deyib.
Onun sözlərinə görə, sözügedən yaşayış evi 148 kvadratmetr
ərazinin içərisində olmaqla 3 otaq, bir mətbəx və 2 sanitar
qovşaqdan ibarətdir.
“Evin əsas fasad hissəsi dekorativ daşlarala işlənib. Bu da
yerləşdiyi ərazinin ahəngini təmin edir. Evin digər fasad
hissəsində suyadavamlı boya materialından istifadə olunub. Fərdi
yaşayış binasının əhatəsi abadlaşdırılıb, ağaclar əkilib. Evə su,
işıq xətti çəkilib, yol asfaltlanıb.
Suqovuşan qəsəbəsində məktəbin də təmiri planlaşdırılır. 144
nəfərlik bu məktəb bir hektar ərazidə yerləşir. Məktəb işçi layihə
hazırlandıqdan sonra təhvil vreriləcək. Bu məktəbdə 12 sinif otağı
və 60 nəfərlik akt zalı olacaq”, – deyə o qeyd edib.