Suqovuşanda keçmiş düşmən postu ərazisində istifadəsi qadağan olan ağ fosfor tərkibli top mərmiləri aşkar olunub.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, dekabrın 25-də Tərtər rayonu, İşğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində aşkar olunmuş 122 mm D-4 (P-4) Ağ fosfor tərkibli, istifadəsi Beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.
www.yenicag.az