Suqovuşan su anbarına media-tur təşkil edilib

Xəbər - Samir Əli – Trend:

” Meliorasiya və Su Təsərrüfatı ” ASC- nın təşkilatçılığı ilə jurnalistlərin Suqovuşan su anbarına səfəri başlayıb.

AzerTimes-ın məlumatına görə, qurumun nümayəndəsi Dilqəm Şərifov bildirib ki, səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə tanışlıqdır.

O bildirib ki, Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminat problemi həll edilib:” Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində Suqovuşar su anbarı yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikda 96217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29317 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 4918 ha, Bərdə rayonunun 7778 ha, Ağdam rayonunun 30886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub”.

Qurum rəsmisi qeyd edib ki, su anbarının 28 il ərzində işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb:” Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Ərazidə ekoloji tarazlıqın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranıb”.

Teqlər: