Suqovuşan. Samir Əli -Trend:
Suqovuşan su anbarı kompleksi bərpa olunduqdan sonra 96 min hektar ərazinin suvarılması mümkün olacaq.
Bunu AzerTimes-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
Onun sözlərinə görə, Suqovuşan ərazisində də dəymiş ziyanın qiymətləndirilməsi prosesi gedir. Təkcə bu əraziyə dəymiş ziyan milyonlarla ölçülür. Ötən dövr ərzində minatəmizləmə işləri də aparılıb:
“Artıq suvarmanın pik vaxtıdır, çalışırıq ki, burada dəymiş ziyanı aradan qaldıraq. İlk növbədə, Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarının suvarılmasını həyata keçirək. Qovşaqda təmir işləri üçün hazırlıq işləri aparılıb. Ərazi minalardan təmizlənib. Bu ilin sonuna qədər planda olan işləri yekunlaşdırmağa çalışırıq. Kompleks bərpa olunduqdan sonra 96 min hektar ərazinin suvarılması mümkün olacaq.
Hazırda bu ərazidə suvarma daha çox subartezian quyuları hesabına aparılır. Bu quyular da elektriklə çalışdığı üçün suyun maya dəyəri yüksək olur. Bu kompleks vasitəsilə suyun maya dəyəri də aşağı düşmüş olacaq”.
Geniş videomüsahibəni təqdim edirik: