“Opta” superkompüteri Almaniya millisinin Avro-2024-ün qalibi olmaq şansının yüksək olduğunu bildirib.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, hesablamalara görə, Yulian Naqelsmanın rəhbərlik etdiyi komandanın qitə birinciliyini qazanmaq şansı 20 faizdir. Superkompüterin məlumatına görə, ikinci sırada turnirdə qalib olmaq şansı 19,2% olan İspaniya millisi gəlir.
Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Almaniya və İspaniya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.