“Opta” superkompüteri Avro-2024-ün yeni favoritlərinin adını açıqlayıb.
AzerTimes xəbər verir ki, “Opta” ən böyük şansı İspaniya və Fransa yığmalarına verib. Hər iki yığmanın çempionluq şansı 30 faiz dəyərləndirilib.
İngiltərə yığmasına çempionluğuna 23, Niderlanda isə 17 faiz verilib.
Qeyd edək ki, Avro-2024-ün yarımfinal mərhələsində Fransa İspaniya, İngiltərə isə Niderland yığması ilə qarşılaşacaq.