Ötən gün Ermənistanın Sünik rayonunda ağır qəza baş verib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, İrəvan-Meqri yolunda “Subaru” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan “Opel” markalı avtomobilin sürücüsü Ermənistanın hərbi hissələrindən birində xidmət edir.
Qəza nəticəsində yol hər iki tərəfdən nəqliyyatın hərəkəti üçün keçilməz olub.