Gələcəkdə süni intellekt indi insanlar üçün çətin olan işləri görməyə qadir olsa da, asan işlərdə uğursuz olacaq.
AzerTimes xəbər verir ki, bunu “Maykrosoft”un təsisçisi Bill Qeyts deyib.
“Hazırda dünya süni intellekt texnologiyalarının inkişafının ilkin mərhələsinin şahidi olur. Bunlar süni intellektin ilk günləridir. O, çətin hesab etdiyinizi edəcək, asan hesab etdiyiniz işdə uğursuz olacaq. Süni intellekt böyük bir fürsət kimi görünür, lakin bununla bağlı bir sıra problemlər var”, – Qeyts bildirib.