Britaniya donanması nəhəng sunami təhlükəsi səbəbindən xüsusi əməliyyat keçirərək, Temza çayının dibini İkinci Dünya Müharibəsindən sonra qalan 1,4 min ton partlayıcıdan “zərərsizləşdirəcək”.
Trend xəbər verir ki, ABŞ-ın sursatla dolu SS Richard Montgomery yük gəmisi 77 il əvvəl çayın mənsəbində batıb. O vaxtdan gəminin tryumunda olan bombalar əhali üçün böyük təhlükə mənbəyi olub. Sursatın partlaması Temzada beş metrlik dalğanın əmələ gəlməsi üçün kifayət edərdi ki, bu da böyük tələfata və insanların ölümünə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, mümkün partlayış nəticəsində əmələ gələn sunami Kentin şimalındakı Şerness şəhərini və onun 11 min sakinini su altında qalmağına səbəb ola bilər. Batan gəmi ilə bağlı tədqiqatlar 2002-ci ildən aparılır.